İmişli Rayon Yol İdarəsində Özbaşınalıq: Kürdəmir-Zərdab Magistral Yoluna Asfalt Çəkimində Şor Kanaldan Olan Torpaqdan Istifadə Edilir – VİDEO

İmişli Rayon Yol İdarəsində Özbaşınalıq: Kürdəmir-Zərdab Magistral Yoluna Asfalt Çəkimində Şor Kanaldan Olan Torpaqdan Istifadə Edilir – VİDEO İmişli Rayon Yol İdarəsi Kürdəmir-Zərdab magistral yoluna asfalt çəkərkən qırabil əvəzinə şor kanaldan olan torpaqdan istifadə edib.

Bu barədə Xəbəral.az-a vətəndaş video çəkiliş göndərib.Həvəskar çəkiliş edən vətəndaş qeyd edib ki, ölkə başçısı rayon yollarının inkişafına önəm verib sərəncamlar imzaladığı bir zamanda İmişli Rayon Yol İdarəsi rəhbərliyi koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq xüsusi karantin rejimindən istifadə edərək yollara qırabil tökmək əvəzinə, artıq bir neçə gündür ki, Şorrama kanalının sarı torpaqlarından tökürlər.Sözü gedən magistral yola artıq 10-15 Kamaz maşını ilə yararsız torpaq tökülüb.Bu da gələcəkdə magistral yola asfalt çəkilərkən yolların tezliklə yararsız hala düşəcəyindən xəbər verir. Sözü gedən video görüntünü oxucularımıza təqdim edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt