Karantin günlərində Qax başsız qalıb... - İDDİA

Karantin günlərində Qax başsız qalıb... - İDDİA Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi bütün dövlət və hökumət qurumlarının ciddi rejimdə fəaliyyət göstərməsinə səbəb olub. Regionlarda da xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, profilaktik tədbirlər həyata keçirilir və rayon icra başçıları mütəmadi olaraq, yerlərdə yoxlamaları həyata keçirir, karantin rejiminə əməl edilməsinə şəxsən nəzarət edir. Bundan başqa, əksər rayon icra başçıları küçələrdə gəzərək, bir-bir vətəndaşlarla profilaktik söhbətlər aparır, onlara evdə qalmağa və xüsusi zərurət olmadığı təqdirdə küçəyə çıxmamağa çağırır.

Qax.org.az xəbər verir ki, Qax rayonunda isə vəziyyət fərqlidir. Karantin rejimini başlayan gündən, rayonu tərk edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi rayonda gördüm deyən olmayıb. Xidməti kabinetində də görünməyən icra başçısı rayonu tərk edib və Qax rayonu faktiki başsız qalıb bugün. Bunun nəticəsidir ki, rayonda karantin rejiminin qaydalarına ciddi əməl olunmur – küçələrdə öskürən, asqıran, yerə tüpürən, tində dayanıb söhbət edən sakinlərə rast gəlmək mümkündür.

Martın 31-dən etibarən Facebook sosial şəbəkəsində özünə yeni səhifə açan Qax rayon İcra Hakimiyyəti mütəmadi paylaşımlar etsə də, həmin paylaşımlar arasında icra başçısının bu və ya digər fəaliyyətini əks etdirən foto və videoya rast gəlinmədi.

Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt