QUSARDA POLİS ƏMƏKDAŞLARI 70 AİLƏYƏ ƏRZAQ YARDIMI ETDİLƏR

QUSARDA POLİS ƏMƏKDAŞLARI 70 AİLƏYƏ ƏRZAQ YARDIMI ETDİLƏR Qusar Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 70 ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Rayon sakinləri Azərbaycan polisinin onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bundan əlavə şöbə əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq, vətəndaşların sağlamlıqlarının təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən zəruri tədbirlərdən danışıblar.
QUSARDA POLİS ƏMƏKDAŞLARI 70 AİLƏYƏ ƏRZAQ YARDIMI ETDİLƏR



Geri qayıt