Lənkaranda koronavirusa qarşı mübarizə aparılmır - Jurnalist

Lənkaranda koronavirusa qarşı mübarizə aparılmır - Jurnalist Lənkaranda ciddi təhlükə var...
Bunu jurnalist Elmar Həbibli deyib.

E.Həbibli bildirib ki, “Fədək” kimi tanınan böyük marketdə nə satıcının, nə digər işçilərinin tibbi maskaları var: “Nə kassalarda , nə də marketin daxilində dezinfeksiya edici məhlulları görmək olur. Çox təəssüf ki, əksər alıcılar da tibbi maskadan istifadə etmir. Bunlar anlamır ki, "Covid 19"a yoluxmuş bir kassir gün ərzində yüzlərlə alıcını yoluxdura bilər. Beynəlxalq statistikanı nəzərə alsaq, 1 yoluxmuş, 200 nəfəri yoluxdura bilir. İndi siz bu artımı hesablayın. Allah xalqımızı qorusun. Amma bu vəziyyətlə çətin”.//Pravda.az//
Geri qayıt