İcra başçısı məktəb direktorunu özünə müavin TƏYİN ETDİ

İcra başçısı məktəb direktorunu özünə müavin TƏYİN ETDİ Hacıqabul rayon İcra Hakimiyyəti başçısı özünə yeni müavin təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Rüstəm Xəlilov müvafiq əmri ilə, Məmmədova Xuraman Baba qızı icra hakimiyyəti başçısının müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri təyin olunub.O, bu təyinata qədər Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Rüstəm Xəlilovun əmri ilə, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.
Geri qayıt