Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto Baş həkim xəstəxanada tibbi vasitələrin yetərsiz olduğunu bildirib...
Xəbər verdiyimiz kimi koronavirus pandemiyasına görə ölkənin cənub rayonlarından olan Cəlilabadda rayonun mərkəzi xəstəxanası karantin mərkəzinə çevrilib.

Burada əsasən İrandan və Lənkəran hava limanı vasitəsilə ölkəyə daxil olan soydaşlarımız karantinə alınır. Bu gün səhər saatlarında xəstəxananın tanınmış həkimlərindən olan Şəmsəddin doktor moderator.az-ın redaksiyasına zəng vuraraq bildirib ki, mərkəzi xəstəxanada karantində olan vətəndaşlara xidmət edən tibb işçiləri koronavirus pandemiyasına yoluxub.

Fotoları təqdim edən həkim, buna səbəb kimi onların lazımı tibbi vasitələrlə təmin edilməməsini göstərib:

“Tibbi işçiləri tibbi vasitələr olan eynək, maska və xüsusi geyimlərlə təmin olunmadıqları üçün onlarda kütləvi halda koronavirus yoluxması aşkarlanıb. Vəziyyət çox acınacaqlıdır. Bütün bunlar xəstəxana rəhbərliyinin səhlənkarlığı ucbatından baş verib. Artıq 10 nəfər həkim virusa yoluxub və onlardan dörd nəfəri paytaxt Bakıya çatdırılıb. Burda isə bizi heç adam yerinə qoyan yoxdur. Mən istəyirəm ki, ölkə başçısı burdakı özbaşınalıqla bağlı məsul şəxsləri cəzalandırsın.

Təqdim edilən fotolardan da məlum olur ki, tibb işçiləri adi maska və əlcəklə təmin olunublar. Hansı ki, onlar xüsusi eynək və formayla təmin olunmalıdırlar. Ümid edirik ki, bundan sonra aidiyyatı qurumlar məsələylə bağlı hərəkətə keçərlər. (Moderator.az)
Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto



Geri qayıt