Şəmkirli sahibkarın FƏRYADI... - "Azəriqaz" 40 işçini və onların ailəsini ac qoymaq istəyir

Şəmkirli sahibkarın FƏRYADI... - "Azəriqaz" 40 işçini və onların ailəsini ac qoymaq istəyir "Şəmkir rayonu Qılıncbəyli kəndində sahibkar Rüstəmov Kəramət Şəmməd oğlunun 5.5 ha istixanasının qazı borca görə "AZƏRİQAZ" İB-i tərəfindən 3 gün müddətində dayandırılacağı barədə xəbərdarlıq edilib". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Hazırda istixanaya verilən qazın dayandırılması 5.5 ha pomidor məhsulunun məhv olması, sahibkarın müflis olması deməkdir. Çünki gecələr temperatur 7, 10 dərəcəyə kimi düşür. Məhsulumuz aprel ayının sonuna yetişəcəkdir. Həmin vaxtdan başlayaraq borcumuzu ödəməyə başlayacağıq. Tək 2019-cu ildə "AZƏRİQAZ" İB-inin hesabına 421.057 (dörd yüz iyirmi bir) min manat qaz pulu ödəmişik. Respublikada olan bu vəziyyəti, karantin rejimini, xəstəliyi,işsizliyi Respublika Prezidenti cənab İ.Əliyevin tapşırıq və tövsiyələrini, OPERATİV QƏRARGAHIN sərəncam və qərarlarını nəzərə almayan "AZƏRİQAZ" İB-i elə bil ki, bu vəziyətdən sui-istifadə edərək istixananın qazını dayandırıb 40 işçini və onların ailəsini ac qoymaq istəyir.Bütün aidiyyəti qurumlara müraciət edirik KÖMƏK VƏ DƏSTƏK olun".

Dia.az bildirir ki, sahibkar əlaqə telefonu olaraq bu nömrəni təqdim edib: 051-673-24-62

Mövzu diqqətimizdədir.
Geri qayıt