KİMSƏSİZ İNSANLARA YARDIMLAR EDİLİR, XÜSUSİ KARANTİN REJİMİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR

Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.
Bu tədbirlərdən əlavə DYPB-nin inspektorları tərəfindən rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.




