Ağsuda koronavirus bəhanəsi ilə pul yığılır... - GİLEY

Ağsuda koronavirus bəhanəsi ilə pul yığılır... - GİLEY "Ağsuda koronavirus bəhanəsi ilə pul yığılır". Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifi yazır: "Ağsu RİH adından bütün idarə müdirlərindən pul toplanıldı. İndi də sahibkarlar qarşısında qanunsuz tələb qoyaraq pul yığırlar. Guya Koronavirusla Mübarizə Fonduna keçiriləcək. Amma pulun başçı üçün yığıldığını və fonda köçürülməyəcəyini hamı yaxşı bilir".

Dia.az-a yazan ağsulu sahibkarlar iddia edir ki, başçının adından bu həftənin birinci günündən tələb edilən məbləği verməsələr obyektlərinin birdəfəlik bağlanacağı ilə hədələnirlər.

Qeyd edək ki, səslənən iddia ilə bağlı sözügedən RİH-lə əlaqə saxlasaq da, ya telefonlarımıza cavab verən olmadı, ya da sualımızı eşidib dəstəyi asdılar. Amma yenə də qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt