Füzulidə yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir

Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları və yerli könüllülər rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.
Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.


