Oqtay Əsədovdan sonra qudası da yola salınır - İDDİA

Oqtay Əsədovdan sonra qudası da yola salınır - İDDİA 9 fevral seçkilərilə yeniən formalaşan Milli Məclisdə spiker postunu itirən Oqtay Əsədovla yanaşı ona olan yaxın şəxslərin də işlərində problem yaranacaq. Bu barədə DİA.AZ-a məlumatı hökumətdəki mənbə verib. Xəbəri verən qaynaq iddia edir ki, hazırda bütün ölkənin başı koronavirus pandemiyasına qarşı mübarizəyə qarışsa da, dövlətin kadr islahatı siyasəti də aktuallığını qorumaqdadır.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, bu xüsusda bir sıra rayon icra başçılarının dəyişdirilməsi ön plandadır. Mənbənin söylədikləri: "Əvvəlindən də məlum idi ki, bəzi rayon rəhbərli işlərindən alınacaq. Onlardan biri də hazırda Samuxa rəhbərlik edən Alı Qocayevdir. Keçmiş parlament sədri Oqtay Əsədovun qudası olan Alı Qocayev bu vaxta qədər kürsüsündə məhz sabiq spikerin sayəsində oturmaqda idi. Onun Binəqədidən hansı şəraitdə qovulması da unudulmayıb və təkrarən yenidən başçı göndərilməsinin səbəbləri də hər kəsə məlumdur. İndi isə Alı Qocayev "mühafizə çətiri"ni itirmiş vəziyyətdədir və yaxın günlərdə start götürəcək icra başçısı dəyişikliyində ilk "vurulacaqlardan" biri məhz o olacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri qayıt