Mingəçevirin İcra Başçısı Məcburi Köçkünlərə Qarşı-FOTO

Mingəçevirin İcra Başçısı Məcburi Köçkünlərə Qarşı-FOTO Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məcburi köçkünlərlə qarşı ayrıseçkilik edir.Hətta,onlara etnik zəmində münasibət sərgiləyir.

CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, dünyanın 200-ə yaxın ölkəsinə yayılıb.Hazırkı situasiyada az qala bütün dünyanın qarşısında aciz qaldığı bu virusla Azərbaycan da özünəmxsus şəkildə mübarizə aparır.Bu mübarizənin tərkib hissəsi olaraq koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.Nazirlər Kabienti yanında yaradılmış Operativ qərargahın tədbirlər planına uyğun olaraq bütün idarə,müəssisə və təşkilatlar,xüsusən də icra hakimiyyətləri səfərbər olublar.

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da qərargah yaradılıb və iş planına uyğun olaraq istirahət günlərində şəhərinin əsas prospektində,küçələrdə, məhəllələr və binaların girişlərində dezinfeksiya işləri aparılıb.Ədalət naminə qeyd edək ki,dezinfeksiyaedici məhlunun kimyəvi tərkibinin normalara uyğun olub-olmamasından və keyfiyyətindən asılı olmayaraq bu istiqamətdə xeyli işlər görülüb.
Ancaq maraqlıdır ki,birbaşa icra başçısı İlham İsmayılovun rəhbərliyi ilə həyata keçirilən dezinfeksiya tədbirləri məcburi köçkünlərin məskunlaşıdğı 4 qəsəbədə-3 nömrəli,»Yeni həyat» və H.Əliyev prospektində yerləşən 20 doqquzmərtəbəli binanın yerləşdiyi iki qəsəbədə həyata keçirilməyib.Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus maşınlar «Günəşli» yaşayış massivində və yolboyu dezinfeksiya aparsalar da,nədənsə yolun bir addımlığında yerləşən və 1105 ailənin yaşadığı iki qəsəbə «yaddan çxıb».

Şəkildən də göründüyü kimi məcburi kömkünlərin yaşadığı binalar «undulub».Baxmayaraq ki,8 saylı marşurt avtobusları da məhz həmin qəsəbənin daxilindən hərkət edir.Qeyd edək ki,bu barədə məlumatı saytımıza hər iki qəsəbədə məskunlaşan məcburi köçkünlər verib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhərdə məskunlaşan köçkünlərə mənfi münasibəti bununla yekunlaşmır.Adının çəkilməsini istəməyən 60 yaşlı kəlbəcərli qadın iddia edir ki, ötən ilin əvvəlində yaşadığı yerin bərbad olması və ona köməklik göstərilməsi məqsədi ilə İcra başçısı İlham İsmayılovun qəbulunda olub.Ona bimənalı şəkildə kömək edə bilməyəcəyini deyən şəhər rəhbəri qadınla kobud rəftar edərək,onun milliyyətini şübhə altına alıb və qanmazlıqda günahlandırıb.Baxmayaraq ki,həmin qadın təmiz Azərbayacan türküdür.Hələ bu azmış kimi qəbula gələn məcburi köçkünlərin əksəriyyəti icra başçısı tərəfindən qəbul edilmir.Sadəcə digər şöbələr tərəfindən yola verilir.»Yuxarıdan gələnlər»in isə heç yan-yörəsinə buraxılmır.

Onun məcburi köçkünlərə olan mənfi münasibətinin əyani təsdiqinin biri də qeyd etdiyimiz bu haldır:İcra başçısı İlham İsmayılov təyin olunduğu gündən indiyə kimi bir dəfə də olsun məcburi köçkünlərin məskunlaşıdğı və Az.DRES ərazisində yerləşən 3 nömrəli qəsəbədəki,»Yeni həyat» qəsəbəsindəki,o cümlədən şəhərin H.Əliyev prospektində yerləşən 9 və 11 ədəd hündürmərtəbəli binalardan(511+594 ailə) ibarət qəsəbələrdəki insanlarla görüşməyib.

Görünür,adminstrasiyadakı havadarı icra başçısını o qədər arxayın edib ki,o, ölkə rəhbəri cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələb və vəzifələri də unudub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyini drəc etməyə hazırıq.

Theazerbaijantimes.az
Mingəçevirin İcra Başçısı Məcburi Köçkünlərə Qarşı-FOTO


Geri qayıt