Şəmkirin icra başçısı Bakı üçün darıxıb... - Özünə paytaxtda yeni vəzifə istəyir...

Şəmkirin icra başçısı Bakı üçün darıxıb... - Özünə paytaxtda yeni vəzifə istəyir... Şəmkinin icra başçısı postuna hələ 2014-ci ilin oktyabrında təyinat alan Alimpaşa Məmmədov bir ara mətbuatın ulduzuna çevrilsə də, get-gedə adiləşən məmurlar sırasında öz yerinə yer etməkdədir. Artıq yerli KİV-lər ondan gələn şikayətlərin işıqlandırılmasına da həvəsli görünmürlər. Alimpaşa Məmmədovun özü da bu adiləşmənin fərqindədir. Amma deyəsən daha kimsənin onu "Polad Ələmdar"a bənzətməməsi icra başçısını depressiyaya salıb.

Bu barədə DİA.AZ-a raypndakı qaynaqlardan verilən informasiyada qeyd olunur ki, Şəmkirə təyinat alanadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş Alimpaşa Məmmədov Bakıdakı günləri üçün bərk darıxıb.

Mənbənin söylədikləri: "Əslində yaxşı anlayır ki, bu gün olduqca çətin durumdadır. Yəni Ağstafa, Neftçala rayonlarının keçmişbaşçılarının aqibəti onu da gözləməkdədir. Hədəf olduğunu yaxşı bildiyindən rahatlıqla görəvdən alınması üçün çaba sərf edir. Lakin onu kimsə sadəcə olaraq yola salmaq fikrində olmayacaq. Çünki hazırda Şəmkirdə 400 min manatdan çox büdcə vəsaitinin taleyi sual altındadır və bu barədə dövlətin müvafiq qurumlarının əlində ciddi faktlar var. Həmin faktlara hüquqi qiymətin verilməsi isə an məsələsidir. Ona görə də Alimpaşa Məmmədov hazırda Bakıda yeni vəifə ala bilməsi üçün yollar arayır".

Onun bu arzusunun gerçəkləşib-gerçəkləşməyəcəyini dəqiq bilməsək də, güman etdiyimiz odur ki, onun kimi "istixana məmurları" üçün əlçatmaz heç nə olmur...
Geri qayıt