Göyçayda müəmmalı ölüm: kafe sahibi qətldə ittiham edilir

Göyçayda müəmmalı ölüm: kafe sahibi qətldə ittiham edilir Göyçay rayon sakinləri tərəfindən müraciət daxil olub
Müraciətdə deyilir ki, rayonun yüksək vəzifəlilərinin himayəsi altında Göyçay Potu kənd ərazisində yerləşən “Şam bağı” adlı kafedə xoşagəlməz hadisələr baş verir.
Şikayətçilər deyirlər ki, obyekt priton kimi fəaliyyət göstərir və iddia edirlər ki, kafe sahibi Rəhimova Esmira Məhəmməd qızı adlı şəxsdir.
“Esmira Rəhimova 29 may 2016-cı il tarixdə bu kafedə sərxoş vəziyyətdə olan Göyçay rayonu Potu kənd sakini Əhmədov Bəxtiyar Əliyar oğlunu küt alətlə döymüş, ağır yaralı vəziyyət də olan şəxs bir neçə gün sonra dünyasını dəyişmişdir.
Onun haqqında Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılsa da, barəsində həbs-qətiimkan tədbiri seçilməyib. Ona görə ki, Göyçay rayonunda vəzifəli şəxslər himayə edir.
Həttda Esmira Rəhimova əminliklə deyir ki, məhkəməyə də tapşırılıb, şərti cəza veriləcək. Bu boyda qanunsuzluq, özbaşınalıq olmaz.
Müraciət edənlər prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova üz tutub: “Xahiş edirik təcili tədbirlər görəsiniz.
Göyçay rayon sakinləri

Məmmədov Sahib Rza oğlu
Abbasov Cəbrayıl Zəfər oğlu
Rüstəmov Ramin Ağayusif oğlu
Kərimov Əlsurət Nüsrət oğlu
Zeynalov Mübariz Rəcəb oğlu
Bəşirov Tahir Paşa oğlu
Hüseynov Gülağa Valeh oğlu
Orucov Pünhan Bayram oğlu
Qəniyev Faiq Habil oğlu
Məmmədov Orxan Yusif oğlu
Aslanov Cəmşid Mikayıl oğlu
Ağayev Fətəli Mehdi oğlu
Məmmədov Cavid Bəhlul oğlu
Geri qayıt