Xızı RPŞ-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Xızı RPŞ-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib Fevralın 26-da Xızı RPŞ-də rayon ziyalılarının iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirin əvvəlində polis şöbəsinin əməkdaşları rayonda yerləşən şəhidlər xiyabanını ziyarət edərək, abidə önünə qərənfillər düzüblər. Daha sonra polis şöbəsinin inzibati binasında davam edən anım tədbirinin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, təhsil şöbəsinin nümayəndəsinin və rayon ziyalılarının iştirak etdiyi tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Faiq Hüseynov çıxış edərək, tariximizin ən dəhşətli hadisəsi olan Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırım olduğunu, bir gecədə şəhərin yerlə-yeksan edilərək sakinlərinin öz yurd-yuvalarından didərgin salındığını qeyd edən polis rəisi, faciə zamanı günahsız soydaşlarımızın erməni quldurları və 366-cı motoatıcı alayın hərbçiləri tərəfindən olmazın müsibətlərə məruz qaldıqları barədə faktlar səsləndirib.
Daha sonra çıxış edən tədbir iştirakçıları Xocalı sakinlərinin başlarına gətirilən insanlığa sığmayan bəlalardan danışıblar. Mərasimin sonunda Xocalı soyqırımı zamanı lentə alınmış kadrlar nümayiş etdirilib.
Xızı RPŞ-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Geri qayıt