Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin həbs edilməsini göstərmək olar. Neftçala rayon icra başçısı ilə birgə həbs edilən yerli məmurlar arasında diqqətimizi çəkən şəxs isə Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovdur.
Qax.org.az saytının araşdırmasına görə, Əjdər Kərimov Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin doğmaca bacanağıdır. Bacanağının həbsindən sonra əsəb gərginliyi keçirən Musa Şəkiliyevin son günlər iş qabiliyyətini itirdiyi və İcra Hakimiyyətində hamıya qarşı aqressiv davrandığı barədə məlumatlar var.
Mövzunu diqqətdə saxlayacağıq.