Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO

Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO Lerik rayonunun üzdə olan tərəqqipərvər ziyalılarından biri, istedadlı qələm sahibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, təcrübəli pedaqoq, Heydər Əliyev siyasi kursunun qatı tərəfdarı, vaxtilə separatçı Ələkrəm Hümmətovun quldurları onların özbaşınalığına qarşı çıxdığına görə işgəncələrə məruz qalmış, daim əqidəsinə sadiq, prinsipiallığı ilə seçilən, Lerik rayon rəhbərliyi aparatında məsul vəzifələrdə çalışmış İlham Mürüvvət oğlu İbadovun öz haqq işi, pozulmuş mülkiyyət hüquqlarının bərpası uğrunda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla və sabiq deputat İqbal Məmmədovla mücadiləsi davam edir.

Məlum olduğu kimi, İlham İbadov bir sıra kütləvi informasiya vasitələrinə, o cümlədən, «Dəryaz» qəzetinin redaksiyasına müraciətində bildirmişdi ki, doğma rayonunda baş alıb gedən haqsızlığa, ədalətsizliyə qarşı çıxdığına görə yerli Rövşən Bağırov hakimiyyətinin qəzəbinə tuş gəlib. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazov sentyabrın 24-də Lənkəran şəhərində cənub bölgəsi rayonlarının vətəndaşları ilə görüşəndə İlham İbadov da onun qəbuluna düşüb. Cənab nazirə Lerik rayonunda vüsət alan korrupsiya hüquqpozmaları barədə tutarlı məlumatlar verib. Deyib ki, Lerik rayonu Milli Məclisin deputatı İqbal Məmmədova, onun qardaşı Çingiz Məmmədova məxsus, bu yaxında işçiləri hökumət nümaəndələrinə qarşı kobudluq etdiklərinə görə məsuliyətə cəlb olunmuş «Relax» istirahət mərkəzindən idarə olunur. İcra nümayəndələrinə natural vergi qoyulub, tapşırıq verilib ki, kənd təsərrüfatı məhsulları tədarük edib vaxtaşırı «Relax»a gətirsinlər. RİH başçısı R.Bağırov başda olmaqla rayonun aktivləri bu məkana yığışıb Lerik vətəndaşlarının vəziyyətini pisləşdirən qərarlar qəbul edirlər.

Ərizəsinə «Yutub» kanalında adığı açıq video-müraciəti də əlavə edən İlham İbadov bildirmişdi ki, ertəsi gün rayon rəhbərinin qəzəbinə tuş gəlib. Şəhərdən evə qayıdanda ona məxsus üçotaqlı mənzilin qapısının açarını dəyişdirilmiş görüb. Rayon rəhbərliyi həmin mənzilə İqbal Məmmədovun «Relax» otelində işləyən saxta imtiyazlı bir qadını yerləşdirib.

Halbuki, həmin evdə 2009-cu ilin iyul ayından yaşayan İlham İbadovun 5 nəfər rəsminin imzası ilə evi öz öhdəmə götürdüü təsdiqlənən sənəddə qeyd olunub ki, “binadakı mənzillərin orderləşdirilməsi, MİS-nin balansına verilməsi prosesi müəyən vaxt tələb etdiyindən, bu işləri tamamlananadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim edilsin».

“Dəryaz” qəzeti redaksiyası bu mövzuda məqalə hazırlayıb “Deryaz.az” saytında dərc etməklə yanaşı, İ.İbadovun haqq işinə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova məktubla müraciət edərək, adresatların yüksək diqqətini problemə yönəltməyə çalışmış, inam ifadə etmişdir ki, əyalətdə yaşanan bu insidentlə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün aidiyyati qurumlara göstəriş veriləcək və nəticə barədə redaksiyamızın məlumatlandırılması təmin ediləcək.

İlham İbadov sonradan redaksiyamıza Rövşən Bağırovun və icra başçısının göstərişçi ilə hərəkət edən üksək vəzifəli şəxslərin ona qarşı qeyri-həssas və hətta qərəzli davranışlarının tarixçəsinin xeyli əvvələ gedib çıxdığının sübutu kimi xidmət edəcək əlavə material təqdim etmişdir. Belə məlum olur ki, hazırda RİH tərəfindən əlindən alınan Lerik şəhəri H.Aslanov küçəsi – 18 ünvandakı evin birinci blokunun 2-ci mərtəbəsindəki mənzili çoxdan gözaltı edilmiş, hələ 2017-ci ilin martında aşadığı mənzilin üstündəki saxlanc yerindən ona məxsus 20 ədəd dəmir tor, 9 ədəd dəmir vedrə, 23 ədəd paslanmayan dəmir lövhələr, 17 ədəd qara dəmir təbəqələr, 200-260 ədəd 4 metrlik reykalar, 280 ədəd dam örtüyü kiramitləri və 2 ədəd alüminium su bidonu oğurlanmışdır. Təəssüf ki, rayon polisi İlham İbadovun bu fakt barədə RPŞ-nə azdığı şikayət ərizəsi üzrə yetərli araşdırmamış, istintaq şöbəsi onun əşyalarının və inşaat materiallarının oğurlanmasının təsdiqini “tapmadığına” görə toplanmış material üzrə cinayət işinin başlanılmasını rədd etmişdir.

Lerik RİH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Habil Məlikov isə İlham İbadova göndərdiyi, bu ilin yanvar ayının 15-i tarixli məktubunda onun boynuna qoymağa çalışır ki, gua mnzil komissiyası araşdırıb və onun Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev-22, mənzil – 23 ünvanda qeydiyyatda olmağını və yaşamağını, eyni zamanda mülkiyyətində Lerik şəhəri, H.Aslanov küçəsi – 10 ünvanda 0,07 ha sahədə yerləşən həyətyanı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində 1992-ci ild inşa edilmiş ümumi sahəsi 49,4 m2 olan fərdi yaşayış evinin olduğunu müəyyən etmiş və bu əsasla ona yeni inşa olunmuş kommunal binada mənzil verilməmişdir.

Məsələ burasındadır ki, hazırki Azərbaycan reallığında vətəndaşın qeydiyyatda olduğu yer heç də həmişə yaşadığı və (və ya) yaşamaq hüququnun olduğu yer olmur. Daşınmaz əmlakın (bizim misalda 23 saylı mənzilin, 49 kvadratlıq fərdi evin) hər hansı şəxsə məxsusluğunu sübut edəcək əsas sənəd ƏMDK-nin Daşınmaz Əmlakın Reyestr Xidmətindən verilən çıxarışdır (kupça). Elə isə RİH mənsubları İlham İbadovun adına çıxdıqları həmin əmlaklar üçün kupça sənədinin olduğunu sübut etsinlər.

Bundan əlavə, İlham İbadovun fikrincə, mənzil komissiyasının qərarı RİH-nə olsa-olsa onu məhkəməyə vermək üçün əsas verir, daha o evdə olmadığı vaxt mənzili qıfıllayıb sonra da açarı başqasına vermək hüququ vermir: “Bu, Rövşən Bağırov tərəfindən özbaşınalıqdır, dövlətin qanunlarına, onları təsdiqləən prezidentin sərəncamlarına tüpürmək deməkdir”.

İlham İbadov deyir ki, ona məxsus, Rövşən Bağırovun qıfılı arxasında qalan əşyaların başqası, məsələn, həmin mənzilə yerləşdirilmiş qadın tərəfindən oğurlanmayacağına, oğurlanacağı təqdirdə də rayon polisi tərəfindən cinayət işi açılacağına zəmanət yoxdur. Başına gələn başmaqçı olar. //deryaz.az//
Geri qayıt