İcra başçısı köməkçisini işdən çıxardı

İcra başçısı köməkçisini işdən çıxardı Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub...
Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.

İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib.

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib.
Geri qayıt