Ağsunun başçısı xalqdan niyə qaçır? - GİLEY

Ağsunun başçısı xalqdan niyə qaçır? - GİLEY "Seçkilərdən də qabaq belə idi, seçkilərdən sonra da belədir. Ağsunun icra başçısı Vahid Tağıyev iki aydır bizi süründürür. Qəbuluna düşə bilmirik". Bu barədə DİA.AZ-a yazan narazı Ağsu sakinləri bildirir.

Sakinlərin sözlərinə görə, parlament seçkilərindən əvvəl başçının başının qarışıq olduğu deyilirdi: "Biz başa düşmədik ki, başçının başı nəyə qarışıqdır... Seçkini məgər icra hakimiyyəti keçirir? Niyə bizi qəbul etmədi?".

Qeyd edək ki, Ağsu sakinləri buna qədər də başçının qəbuluna düşə bilməmələrindən gileyləniblər və hətta rayon icra hakimiyyətinin qarşısında kütləvi narazılıq da olub.

Sakinlər bildirir ki, hələ də problem qalıb. Dia.az-a yazırlar: "İndi sözümüzü demək üçün Prezident Administrasiyasının qarşısına getməyə hazırlaşırıq. Vahid Tağıyev yeni başçıdır, amma köhnəsindən fərqlənmir..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt