Kamil Musavinin şəhid abidəsini tapdalaması sakinlərin etirazına səbəb oldu - FOTO

Kamil Musavinin şəhid abidəsini tapdalaması sakinlərin etirazına səbəb oldu - FOTO 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi bu gün Qaraçala qəsəbəsində seçicilərlə keçirdiyi görüşdə şəhidlərə hörmətsizlik edib.

Bu barədə Salyan sakinləri məlumat veriblər.


Sakinlərin sözlərinə görə, Kamil Musavi və onunla bərabər başqa rayon və şəhərlərdən Qaraçala qəsəbəsinə gətirilən adamlar həmin qəsəbədəki Şəhidlər Xiyabanı abidəsinin üzərinə çıxaraq, onu təhqir ediblər. Onların bu hərəkəti kənarda dayanan, Kamil Musavinin və onun tərəfdarlarının hərəkətlərini müşahidə edən seçicilərin ciddi narazılığına səbəb olub.
Sözügedən sakinlər Kamil Musavinin bu hərəkətlərini qınayaraq, onun Şəhidlərin ruhuna hörmətsizlik etməsinə görə etirazlarını bildiriblər. Bütün bu qınaqlara baxmayaraq, Kamil Musavi onlara saxta təbəssümlə baxaraq öz təhqiramiz hərəkətlərini yenə də davam etdirib.
Bundan sonra isə kənd sakini İsmayıl İbrahimov, Qarabağ veternaları - Babayev İlqar Nuru oğlu və Zamanov Valeh Mahmud oğlu, şəhid ailəsi İbrahimova Aminə Mənəf qızı, I qrup Qarabağ əlili Həsənov Şəmsi Xanoğlan oğlu və digər şəxslər Kamil Musavinin qarşısını kəsərək, ona açıq şəkildə etirazlarını bildiriblər:
"Sənin burada şəhidlərimizə qarşı hörmətsizlik etməyini hamı gördü. Salyan camaatı sənin nə qədər saxtakar adam olduğunu heç zaman unutmayacaq. Sən hər yerdə özünü qazi və şəhid təəsübkeşi kimi göstərirsən, amma gəlib burada Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsini tapdalayırsan, onları təhqir edirsən. Budurmu sənin vətənpərvərliyin? Budurmu sənin şəhidlərimizə münasibətin? Sən saxtakarsan, səndən bizə deputat ola bilməz. Ayıb deyilmi, utanmırsanmı? Axı sən kimsən ki, şəhidlərin abidəsini ayaqlar altına atıb tapdalayırsan? Burada uyuyan şəhidlərin ruhu sənə qənim olacaq".
Haqlı olaraq insanların narazılıqlarının artmasını görən Kamil Musavi və onun Salyana gətirdiyi adamlar görüşü yarımçıq qoyaraq, ərazini tərk etməyə məcbur olublar.

Demokrat.az
Kamil Musavinin şəhid abidəsini tapdalaması sakinlərin etirazına səbəb oldu - FOTO

Geri qayıt