İcra başçısından narazı sahibkarlar Prezidentdən imdad diləyir-Video

İcra başçısından narazı sahibkarlar Prezidentdən imdad diləyir-Video Bu yaxınlarda aktualxeber.az saytında “Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır” başlıqlı məqalə dərc etmişdik. MəqaləTərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı redaksiyamıza Abışov Tiflis Qarakişi oğlu və digər yerli sahibkarlardan daxil olmuş şikayət əsasında hazırlanmışdı.
Xatırladaq ki, icra başçısından şikayət edən sahibkarlar deyirlər ki, onlara məxsus torpaq və obyektləri zor gücünə əllərindən alan M.Məmmədov özünün yaxın adamı olan Qorxmaz Məhərrəmov adlı şəxsə verir. Tərtər icra başçısının müavini Abbas adlı şəxs və memar Tofiq müəllim onlara dəfələrlə bildirir ki, “sizə pul verək ərazini Qorxmaza təhvil verin, bu cənab başçı M.Məmmədovun göştərişidir”. Rayonda hamı icra başçısıyla Qorxmazın həmin obyektlərə şərik olduğunu birdirirlər. Cənab Prezidentin sahibkarlara daim dəstək verdiyi indiki zamanda Müstəqim Məmmədovun bu əməlindən cana doymuş sahibkarların etiraz aksiyalarına əl atacaqları deyilir. Onlar bu həftənin sonlarında Bakıya gələrək Prezident Administrasiyasının qarşısında aksiya keçirmək qərarına gəliblər. Çünki bizim yazımızdan sonra icra başçısı adam göndərərək onların yerlərini zorla uçuracağı barədə son xəbərdarlıq edibdir. Əlacsız qalan sahibkarların da Prezidentdən kömək istəmək üçün paytaxta gəlməkdən başqa çıxış yolları qalmayıbdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt