"Helloza" musiqisinin məşhur ifaçısı necə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir?

"Helloza" musiqisinin məşhur ifaçısı necə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir? Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyevlə bağlı İxa.az-a ilginc məlumatlar daxil olub.

Bildirilib ki, maliyə müdiri, bir zamanlar Cəlilabad toylarında qarmon musiqi alətində “helloza” mahnısının məhşur ifaçısı olub. Ona görə də Quliyev Əlinazim qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.

Beləki, ölkə rəhbərinin son illər həyata keçirdiyi struktur islahatlara baxmayaraq, hazırda bölgələrdə ali təhsili olmayan (orta ixtisaslı) Quliyev Əlinazim kimi idarə rəhbərləri də var.

Dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə,o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz. Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.

Azərbaycanda olmayan hadisə yoxdur. Bu ölkədə hətta ən yüksək səviyyədə təmsil olunan məmurun belə təhsilsiz, bisavad olması inandırıcıdır. Çünki ortada kifayət qədər maraqlı nümunələr var.

Belə ki, rayonun maliyyə idarəsinin müdiri Əlinazim Quliyevin bu vəzifəyə gətirilməsi pulun hesabına mümkün olub. Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarıdakı adamı Maliyyə naziri Samir Şərifovdur. Ona görə də o bu vəzifədə diplomu saxta olsa da qala bilir.

Maraqlıdır ki, heç iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb? Bununla bağlı maraqlı məqamlar var.

İddia edilir ki, idarə rəisi Əlinazim Quliyev nazirlikdən gizli əməliyyatlar həyata keçirib.Ə.Quliyevin dosyesi nazirliyə təqdim olunub. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr S.Şərifova xəbər verilib.

Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.Çünki sonda vəsait Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Əlinazim Quliyevlə dil tapmaq məsləhət görülür.İdarə rəisi isə öz növbəsində, onun «şərt»lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir.

İdarə rəisi bu yolla - yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri, təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib.Əlinazim Quliyevin dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir yaşanır.Çünki idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürür. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər.

Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq(əsasən, səhiyyə, təhsil, su idarəsi, məşğulluq idarəsi, DSMF, poçt və s.) onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir.(bununla bağlı faktları geniş şəkildə dərc edəcəyik-red)

Məlimat üçün bildirək ki, Ə.Quliyev hec bir sahibkarlıq fəailiyyətilə məsğul olmadğı halda maliyyə pozuntusna yol verərək? çirkli pular hesabna çoxlu var-dövlət toplayıb.Bu yaxinlarda muqəddəs ziyarətdən qayidan Əlinazim muellim HACİ titulu da alıb.

İxa.az
Geri qayıt