İki icra başçısı şəxsiyyət vəsiqələrini toplayır - İDDİA

İki icra başçısı şəxsiyyət vəsiqələrini toplayır - İDDİA Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Rramiz Həsənov fevralın 9-da keçiriləcək parlament seçkilərinin saxtalaşdrılmasına hazırlıq görür.

Bu haqda “Olaylar” İnforrmasiya Agentliyi məlumat yayıb.

Həmin rayonlarla bağlı olan mənbələrdən bizə çatan məlumatlara görə, Malik İsaqov və Ramiz Həsənov idarə, müəssisə rəhbərlərindən, məktəb direktorlarından hər birinin 10 nəfərin şəxsiyyət vəqisəsini toplamağı və təqdim etməyi tələb edib. Eyni zamanda həmin şəxslərə hədə-qorxu gəlinir, özü və yaxınları Yeni Azərbaycan Partiyasnın namizədinin xeyrinə səs verməyən idarə, müəssisə müdrlərinin, qohum-əqrəbasının işdən çıxarılacağı ilə hədələnirlər.
Məlumdur ki, Prezident İlham Əliyev ötən ilin dekabrında Milli Məclisin 5-ci çağırış tərkibini buraxarkən, parlamentin yenidən daha gənc, enerjili və hazırlıqlı şəxslərdən formalaşmasını nəzərdə tuturdu, Milli Məclisə yeni simaların gəlməsini istəmişdi. Eyni zamanda Prezident seçkilərin tam demokratik keçiirlməsini təmin etmək barədə tapşırıq vermiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərinin seçkilərə müdaxilə edcəyi halda ciddi cəzalandırılacaqları barədə xəbərdarlıq etmişdi. Ancaq Qubadlı və Zəngilan rayonları başçılarının seçkilərə yuxarıda qeyd olunan şəlidə müdaxilələri haqqnda iddialara inansaq, belə çıxır ki, Malik İsaqov və Ramiz Həsənov Prezident İlham Əliyevin iradəsinə qarşı getmiş olurlar.
Onu da xatırladaq ki, Ramiz Həsənov Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşıdır. Malik İsaqovun yaxını isı uzun illər Bakı şəhərində Hacıbala Abutalıbovun dövründə əmlak, tikintilərə sərəncam və sair məsələlərlə bağlı “qeyri-rəsmi yığımlara” nəzarət edən şəxs olub.
Geri qayıt