Dövlət məmuru seçki prosesinə müdaxilə edir - Kürdəmirdə

Dövlət məmuru seçki prosesinə müdaxilə edir - Kürdəmirdə Məlum olduğu kimi, parlament buraxıldıqdan sonra, 9 fevral 2020-ci il tarixinə Milli Məclisə növbədənkənar seçki günü təyin olundu...
Prezident Ilham Əliyev seçkilərin şəffaf keçirilməsini tövsiyə etdi. Amma buna baxmayaraq, Kürdəmir Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifəsini daşıyan Elşən Əzizov ölkə rəhbərinin göstərişlərini saya salmır. GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən apardığı araşdırmalardan məlum oldu ki, Elşən müəllim dövlət qulluqçusu olmasına baxmayaraq, bir neçə namizədlərin içindən özünə və çalışdığı quruma sərf edən namizədi təbliğ etməklə məşğul olur.

Belə ki, o, 57 saylı Kürdəmir Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Ağazadə Əminə Həmid qızını şəxsən özünə aid olan Facebook səhifəsində təbliğatını aparmaqla məşğuldur. Dövlət məmurunun hansısa namizədin tərəfini tutması, onun təbliğatını aparması birbaşa qanunları pozmaq deməkdir. Bizdən yazmaq, Məzahir Pənahovdan isə, ölçü götürmək...

Fakt olaraq, sektor müdiri Elşən Əzizovun səhifəsində paylaşdığı fotoları oxuculara da təqdim edirik:

gündemxeber
Dövlət məmuru seçki prosesinə müdaxilə edir - Kürdəmirdə

Geri qayıt