Alimpaşa Məmmədovun gedəcəyi tarix bəlli oldu - "Seçkilərdən dərhal sonra..."

Alimpaşa Məmmədovun gedəcəyi tarix bəlli oldu - "Seçkilərdən dərhal sonra..." Dünən Prezident Administrasiyasının rəhbərliyi tərəfindən tənbeh edildiyi deyilən Şəmkir rayon İH başçısı Alimpaşa Məmmədovla bağlı redaksiyamıza yeni informasiya daxil olub.

Xatırladaq ki, yerli KİV-də Alimpaşa Məmmədovun PA rhbərliyi tərəfindən "seçkilərə müdaxilə" səbəbindən tənbeh olunduğu haqda informasiya yayılıb.

Dia.az-a daxil olan son bilgilərdə isə qeyd olunur ki, Şəmkirin icra başçısı yaxın günlərdə vəzifəsi ilə vidalaşmalı olacaq. Mənbənin dia.az-a söylədikləri:

"Konkret vaxt bəllidir əslində. Seçkilərdən dərhal sonra Alimpaşa Məmmədov görəvindən alnacaq".

Qeyd edək ki, Alimpaşa Məmmədov keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı kimi də tanınır.
Geri qayıt