Yoldaş Alxasov həbsdən necə qurtuldu? - İDDİA

Dia.az xatırladır ki, adı az əvvəl büdcə oğurluğumda hallanan Şair Alxasov hələ də ona olan etimadı doğrultmaq qədərində bir qayğıya malik deyil. Əgər belə olmasaydı, onunla bağlı şikayətlər bu gün dövlətin müvafiq qurumlarının poçt qutularını bürüməzdi.
Elə həmin şikayət məktublarından biri DİA.AZ-a daxil olub.
Müraciətdə deyiliri: "Hörmətli redaksiya. Bi Şair Alxasoun yerli sahibkarlara hansı zülmü nümayiş etdirməsindən danışmayacağıq. Çünki etdiyimiz şikayətlər sonda Alxasovun özünə göndərilir".
Narazı vətəndaş bildirir ki, bu gün Qusarda nə əkməyə torpaq var, nə də iş yeri: "Deyirlər, bizim bölgədə oğurluq artıb. Artar da... İşsiz qalan camaat nə etməlidir?"
Narazı vətəndaş bildirir ki, keçən il başçının qəbulunda olub: "Söz verdi ki, məni işə düzəldəcək. aradan bir ilə yaxın vaxt keçib. Nə başçını görüb söz soruşa bilirəm, nə də kimsə sözümü çatdırmır"...
Dia.az-a yazan naraz vətəndaş maraqlı faktı da açıqlayıb: "Bir neçə gün əvvəl "qaramaskalılar" rayona basqın etdilər. İcra hakimiyyətinin binasında oldular. Hamı sevinclə gözləirdi ki, Şair Alxasov həbs olunacaq. Sonradan eşitdik ki, həbs olunmayıb. Ona kimsə himayədarlıq edir. Buna görə də Alxasova bata bilmirlər. Həbsdən necə yayndı, onu da bilmirik. Bildiyimiz odur ki, problemlərimiz yerində qalıb".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...