"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır

E. Şahməmmədov bildirir ki, öncəki şöbə müdirləri Şahlar Xəlilov və Malik Vəliyevlə işlədii vaxt heç bir problemi olmayıb. Ancaq Nicat Həsənov gələn kimi ondan aylıq haqq istəyib və o da ödəyə bilmədiyi üçün işdən çıxıb.
Hazırda Laçın rayonunda 11 il direktor olduğu həmin məktəbdə riyaziyyat müəllimi işləyən Ş. Elmurad ölkə rəhbərliyinə və təhsil nazirinə müraciət edib kömək istəyir. Bildirir ki, Ağcabədi rayonunda yaşadığı üçün müəllim maaşı ilə işə gedib-gəlməyin yol pulunu çatdıra bilmir. İki məktəbli uşağı olan ailəsinin maddi vəziyəti qeyri-qənaətbəxş olduğuna görə, təhsil müdiri Nicat Həsənovdan dərs saatlarının artırılmasını, yaxud, Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən Laçın məktəblərindən birinə təinat verilməsini xahiş edib. Şöbə müdiri Ağacabədidəki məktəblərdə öz qohumlarının işləməsi səbəbindən Elmurad müəllimin Ağcabədiyə təyinat almasının mümkünsüzlüyünü deyib, dərs saatları barədə ona Əfətli məktəbinə müvəqqəti təyin olunmuş məktəb direktoru ilə söhbət etməyi məsləhət görüb. Müvəqqəti direktor isə artırılacaq hər dərs saatı üçün müəyyən məbləğ rüşvət istəyib.
"Təhsil naziri Ceyhun Bayramov Nicat Həsənovu şöbə müdiri təyin edəndə ona hansı vəzifəni tapşırıb - müəllimlərin maaşına göz dikməyi, yoxsa, müəllimlərin əmək şəraitini yaxşılaşdırmağı, təhsilin səviyyəsini yüksəltməyi?" - deyə haqlı sual ortaya qoyan Elmurad müəllim Laçın rayon təhsil sistemində "papka məktəblərdən", kağız üzərində adı gedən, dərslərə gəlməyən şagirdlərdən danışıb.
Haqsızlığa məruz qalmış Elmurad müəllim dəfələrlə Laçın RİH-nin başçısı cənab Aqil Nəzərlininqəbulunda olduğunu, rayon rəhbəri tərəfindən Nicat Həsənova göstəriş verildiyi, lakin şöbə müdirinin başçının kabinetindən çıxan kimi həmin göstərişləri yadından çıxardığını deyir: "Nicat Həsənovun qohumları arasında elə ailələr vardır ki, ər bir məktəbin, arvad digər müəssisənin rəhbəridir. Deyir ki, onların adını çəkmə. səni o məktəblərə yollaya bilmərəm. İndi biz çörəyimizi kimdən istəyək?"
Nyus.Az