Sakinlər Cavid Osmanova “od püskürürlər”- ŞOK İTTİHAMLAR-VİDEO

Sakinlər iddia edirlər ki, “Hər kəs bu şəxsin təkrar bizi Milli Məclisdə təmsil etməsini istəmirik. Çünki, o, ötən illər ərzində əksər deputatlar kimi özünə məxsus problemlərin həlli ilə məşğul olub ki, bizi yaddan çıxara bildi. Yenə də Cavid Osmanov 90 saylı Ağdaş Seçki Dairəsində namizəd olaraq qeydə alınıb. Biz sakinlər ona səsvermək niyyətində deyilik. Çünki, bu şəxsin deputat olmasını heç birimiz istəmirik. Ötən seçkidə bizə “yağlı vədlər” verildi, elə ki, səsvermə başa çatdı, o halda hər birimiz unudulduq. İllərdir bizim mavi qaz çəkilişi ilə bağlı problemimiz var, bir kimsəni tapa bilmirik ki, dərdimizi ona deyək. Mavi qaz boru xətləri yaşadığımız evlərin həndəvərindən keçir, amma biz ondan istifadə edə bilmirik. Bizə bildirirlər ki, “evinizə mavi qaz çəkilişi üçün lahiyə planı lazımdır”. Başa düşə bilmirik ki, neçə il də bu kənddə yaşamalıyıq ki, yaşadığımız evə mavi qaz çəkilməsi üçün bizə şəhadətnamə versinlər. Kəndarası yollarımız bərbad haldadır, yağmurlu günlərdə küçələrdən keçmək olmur. Kənddəki elektrik trasformatorumuza diqqətlə fikir verin, sanki “nuh əyyam”dan qalıb. Həndəvərində heç bir təhlükəsizlik tədbirləri görülməyib. Bu da daha çox azyaşlıların həyatı üçün təhlükə deməkdir. Budur kəndimizin dərdi, çoxsaylı problemlərinin varlığı. Biz ötən illər ərzində Cavid Osmanovu görə bilmədik ki, heç olmazsa belə bir dərdimizi ona deyə bilək. Sanki, o, bizdən “qaçaq düşdü”. İndi seçkilər yaxınlaşır, deyəsən o, yenə də bizi aldatmağa çalışacaq. Yox, artıq biz də ayılmışıq və “ağı qaradan” seçməyi bacarırıq”.
Mövzunu diqqətdə saxlayacağıq.