İcra nümayəndəsinin oğlu "DOST"dan maaş alır?

İcra nümayəndəsinin oğlu "DOST"dan maaş alır? Lənkəranda 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanların siyahısındadır.

Arqument.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

O bildirib ki, Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır: "Amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur. Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir".

Məlumata görə, Babək Heydərlinin anası Nəzakət Heydərova Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Ötən ilin dekabr ayında Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları mənimsədiyi üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildi.

Lənkəran Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
İcra nümayəndəsinin oğlu "DOST"dan maaş alır?
Geri qayıt