İcra başçısı Musa Şəkiliyevdən yerli dövlət qurumlarına göstəriş

İcra başçısı Musa Şəkiliyev özünün istəyəcəyi namizədin Qaxın gələcək deputatı olacağını deyib və digər namizədlərə səs verəcək qaxlıların tutduğu vəzifədən azad olunacağını bildirərək vətəndaşlara hədə-qorxu gəlməyə başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, Musa Şəkiliyev özü şəxsən kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və müəssisə rəhbərlərinə zəng edərək, bu tip tapşırıqlar verməkdədir.
Mövzunu diqqətdə saxlayacayıq.
editor.az