Seçkidə mən nə desəm, o da olacaq....- İTTİHAM

Seçkidə mən nə desəm, o da olacaq....- İTTİHAM Göygöl rayonunun icra hakimiyyətinin başçısı Arif Seyidov deyəsən, 23 dekabr bələdiyyə seçkilərinə rəhbərlik etdiyi icra hakimiyyətinin hansısa sıradan bir tədbiri kimi baxır". Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.

Müraciət müəllifləri iddia edirlər ki, indidən Göygöl rayonuna aid bələdiyyələrə namizədləri şəxsən ÇEŞİDLƏYƏN Arif Seyidov hətta kimlərə namizəd olması, kimlərə isə olmaması ilə bağlı msələhətlərini də verir.

Daxil olan müraciətdə bildirilir: "Arif müəllim 13 ildir rayonumuzu idarə edir. Bilirik ki, gücü çoxdur. Ona görə də istədiyi namizədlərə "Seçkidə mən nə desəm, o da olacaq...." deyə rahatlıqla müraciət edə bilir. Bu gün də həqiqətən belədir. Seçkidə istədiyini edir. Əgər Məzahir Pənahov deyirsə ki, bələdiyyə seçkilərində kiminsə namizədliyinə imtina cavabı verilməyib... Bəlkə də elədir. Amma başqa yerdə. Göygöldə yox. Çünki bizim rayonda namizələrə ilk başdan problem yaradılır".

Müraciət müəllifləri bildirilər ki, qarşıdan gələn parlament seçkilərinin də eyni şəkildə keçiriləcəyi artıq onlarda şübhə doğurmur: "Arif müəllim burdadırsa, nə demokratiya? Nə yeni siyasət?.. Elə köhnə hamam, köhnə tas olacaq..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt