Füzulidə aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələr üçün sünnət aksiyası keçirilib

Füzulidə aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələr üçün  sünnət aksiyası keçirilib Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələrindən olan 50 uşaq cəlb olunub.
Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində 3 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.
Xəstəxananın direktoru Şaiq Şükürov deyib: Biz aztəminatlı ailələrə yardım məqsədilə bu aksiyanı keçiririk. Bizim rayonda artıq bir neçə ildir ki, belə aksiyalar keçirilir".
Qeyd edək ki, Füzuli rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.
Füzulidə aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələr üçün  sünnət aksiyası keçirilib

Geri qayıt