İcra başçısı iki əlil ailənin evini başına uçurdu

İcra başçısı iki əlil ailənin evini başına uçurdu Zərdab rayonuna yeni icra başçısı təyin edilmiş Mərdan Camalov söküntü işlərinə başlayıb...
Bu barədə tanınmış hüquqşünas Əlayif Həsənov məlumat yayıb.

O bildirib ki, yeni icra başçısı ilk söküntü işini əlil evindən başlayıb. “Bu dəqiqələrdə "ədalət" bərpa olunur. Zərdab rayonunun yeni və islahatçı rəhbərliyinin şifahi göstərişi ilə, şəhərin Dördyol adlanərazisində Elşən adlı 2-ci qrup əlilə məxsus yarımçıq tikili sökülür. Ekskavatorlar, traktorlar səf-səf dayanıb. Məhkəmə qərarı yoxdur. Tikili heç nəyə mane olmur. İlkin sənədləri var”.

Həsənov bildirib ki, Elşənin atası yoxdur. “Anası 2-ci qrup əlildir. Onunla işləyən Mehmanın atası da, anası da 2-ci qrup əlil, qardaşı 1-ci qrup gözdən əlil, qardaşının arvadı 2-ci qrup əlil, onların 2 uşağı, hər ikisi 2-ci qrup talisemiya xəstəsi və əlildir”.

O qeyd edib ki, icra başçısı Mərdan Camalov dünən Elşəni qəbul edib. “Nəticəsi özünü gözlətməyib. Ədalət zəfər çalır. İslahatlar yeni vüsət alır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

jamaz.info
Geri qayıt