Laçın təhsil şefinə 5 minlik ittiham: onu qoruyan Eşqi Bağırov kimdir?

Laçın təhsil şefinə 5 minlik ittiham: onu qoruyan Eşqi Bağırov kimdir? Son zamanlar Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun fəaliyyətində yol verdiyi qanunsuzluqlar bütün sosial medianı bürüyüb.

Şuqay Farrux adlı istifadəçi yazıb ki, Nicat Həsənov Kileptakratiya, yəni maddiyyat qazanmaq həvəsinin bütün dəyərlərə üstün gəlməs yolunu tutub.

Onun sözlərinə görə, mazoxist - insanları incitməkdən, get-gelə salmaqdan yorulmamaq həvəsi var. Nicat Həsənov ixtisasartıma kursunun saxta diplomunu almışları direktor təyin etdirməklə onlar da Nicat Həsənova xəyanət etdi, Nicat Həsənovun yaxşılıqlarını tez unutdular.

Hörmətli Ceyhun Bayramov, mənim anam Bəndəliyeva Səkinə Məmməd qızı 2007-ci ildə Laçın rayon Qarakeçdi kənd 1 saylı tam orta məktəbinə (o zaman tam orta məktəb) kitabxanaçı təyin edilmişdir. 2017-ci ildə sinif komplekslərinin sayında azalma olduğu üçün işi ləğv edilmiş əmrləşdirilmiş.

Laçın rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənov qanunsuzluğa yol verərək, müxtəlif məlumat mənbələrinə görə 5000 manat alıb təyin etdirdiyi qeyri-ixtisas fənni olan direktor Nazirlər Kabinetinin 59N-li qərarını kobud sürətdə pozaraq, kitabxananı öz ailə üzvlərindən birinə vermiş.

Necə olur ki sinif kompleksi azaldığına görə kitabxana ləğv olur? Sinif kompleksinin sayında artım olmadığı üçün kitabxana başqa birinin adına əmirləşdirilir?

Həmin direktorun ixtisası qeyri-ixtisas olduğu üçün sizin müavin Məhəbbət Vəliyeva direktorların işə qəbulu komissiyasından qovmuşdur.
Həmin direktor yəqin ki Nicat Həsənova verdiyi 5000 manat pulu qısa zamanda çıxartmaq istəyib.

Prezdent müşavirədə məmurlara şəffaf işləməyi xəbərdar etdiyi halda ,Laçın Təhsil şöbəsində yazdığım maxinasiyalar baş verir”.

Onun himayədarı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov olduğu iddia edilir. Ümumiyyətlə, internet resurslarında Eşqi Bağırov haqda xoşagəlməz məlumatlar çoxdur. E.Bağırov N.Həsənovun qara işlərini nazirlikdə ört-basdır edən şəxs olduğu deyilir.

Laçın təhsil şöbəsi müdiri Nicat Həsənovun rayon məktəblərindəki vəziyyətdən xəbəri yoxdur. N.Həsənov rayon icra hakimiyyəti başçısının əmrləri ilə hərəkət edir. Onu yalnız İH başçısı Aqil Nəzərlinin təlimatları maraqlandırır deyə digər məsələlər vecinə deyil.

Laçın maliyyə idarəsinin rəisi olan qardaşı Vüsal Həsənova da arxayın olması N.Həsənovun ayağını ayağının üstünə aşırıb rahat fəaliyyət göstərməsinə gətirib çıxarıb.

Onu Laçın təhsilinin baş bəlası və üz qarası adlandırırlar. Çünki təhsil şöbəsi müdiri olandan bəri nə bir məktəb qapısı açıb, nə təhsildəki problemləri aradan qaldırıb, nə də rayonda ali məktəbə qəbul sayında irəliləmə müşahidə olunur.

O da maraqlıdır ki, Ş.Farrux Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun özbaşınalığı, korrupsiya faktı ilə əlaqədar Təhsil Nazirliyində, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə baş İdarəsində olub:

“Haqq ədalətin öz yerini tapacağına çox ümidliyəm. Nicat Həsənov haqqda tez zamanda tədbir görülməsə bir çox qaranlıq məqamlara aydınlıq gələcək”.

Xatırladaq ki, Laçın rayonundan məcburi köçkün olan Müqabil Baxışovun yaxınları onun Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asdığını yazıblar.

Mərhumun qardaşı Yusif Baxışov “Kanal 13”-ə bildirib ki, qardaşı uzun müddətdir işləmək üçün müstəlif strukturlara müraciət etsə də, icra başçısını və təhsil şöbəsini sosial şəbəkələrdə tənqid etdiyi üçün iş tapa bilməyib.
Geri qayıt