Tərtərdə şəhidin yeganə övladı nəfəs almağa pul tapmır -VİDEO

Tərtərdə şəhidin yeganə övladı nəfəs almağa pul tapmır -VİDEO Elxan şəhid oğludur. Ağdam rayon Papravənd kəndindən olan atası 1992-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub. Hazırda Tərtər rayonunda yaşayan gənc necə deyərlər havanı pulnan udur. Xüsusi aparat və kislarod balonu Elxanın ciyər funksiyasını yerinə yetirir. O bu dərdə hərbi xidmət zamanı düçar olub. Müdafiə nazirliyi onu qardaş Türkiyə Cümhuriyyətinə qədər müalicə olunmağa göndərib. Amma həmin dövrün tibbi Elxana yardım edə bilməyib. Evin tək oğludur. Yəni şahidin yeganə davamçısıdır və bir bacının qardaşıdır. Elxanın yaşamasını təmin edən hava balonunun biri təxminən 12-13 manata alınır. Bu isə heç bir günün normasını ödəmir…”


Sozcu.az xəbər verir ki, bu haqda məlumatı tanınmış jurnalist Elgün Gəncimsoy özünün feysbuk səhifəsində paylaşaraq məlumat verib.

“Son bir neçə ay əvvəl Elxana qulluq edən anası (şəhid xanımı) paralic olub. İndi yataq xəstəsi olan qadının özünə qulluq edən lazımdır. Pensiya və yemək xərci müavinətından başqa ailənin heç bir gəliri yoxdur. O pullar isə dərman və balonları ödəməyə yetmir. Sonuncu dəfə 300 manat dəyərində kislarod balonunu Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov təmin edib. Əvvəllər çətin şəraitdə yaşayan ailəyə Heydər Əliyev Fondu tərəfindən Tərtər rayonu ərazisində ev tikilib” – deyən jurnalist, Elxanın tək ümidi şəhid adasının uğrunda can verdiyi bu xalqdır. Ona dəstək olmaq, heç olmasa balonla təmin etmək Elxanı mənən rahatladacaq, deyə müracitə edib:

“Cənablar, şəhid övladı üçün hər kəs bir paylaşım etsin! Bəlkə bir faydası toxunar…”
Geri qayıt