Biləsuvarda 10 il vətəndaşdan qanunsuz icarə haqqı alıb torpağı başqasına satıblar (VİDEO)

Biləsuvarda 10 il vətəndaşdan qanunsuz icarə haqqı alıb torpağı başqasına satıblar (VİDEO) Biləsuvar sakini 10 ildən artıq ona verilən torpağın sənədlərinin qaydasında olmadığını öyrənib.

Uzun illər əkib-becərdiyi torpağı bələdiyyə ona icarəyə versə də, əslində isə buna hüququ yox imiş. Belə ki, bələdiyyə torpağı vətəndaşa qanunsuz verdiyi kimi 10 il qanunsuz icarə haqqı alıb.

Rayonun Nərimankənd sakini Cahan Quliyev İTV-yə illərlə əkib-becərdiyi torpağın ona qanunsuz verildiyini deyib. Belə ki, 1999-cu ildə 8 hektarlıq əkin sahəsi ona icarəyə verilib.
Müqavilənin müddəti isə 2009-cu ildə bitib.

Bu vaxta qədər isə bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik olduğu üçün Cahan Quliyev yerli bələdiyyəyə müraciət edib.

Ona bildirilib ki, artıq növbəti icarə müqaviləsi kənd bələdiyyəsi ilə bağlanmalıdır. Müqaviləni imzalayan kənd sakini hər il bələdiyyəyə icarə haqqı ödəyib. Bu il növbəti müqavilə üçün müraciət etdikdə, gözlnilməz halla qarışılaşıb:

"Bələdiyyə sədri kağızları əlimdən alıb cırmaq istəyirdi. Dedi ki, bunların vaxtı keçib. Mən də dedim ki, siz vermisiniz bu kağızları, hamısının da imza və möhürünüz var burada. Hmısının da icarə haqqını ödəmişəm, çeklər var əlimdə. Dedi ki, artıq vaxtı bitib".

Məlum olub ki, kənd bələdiyyəsinin vətəndaşa verdiyi icarə müqaviləsi etibarsız olub, çünki 2009-c ildə bələdiyyələrin balansında olan torpaq mülkiyyətini birbaşa icarəyə vermək səlahiyyəti yoxmuş, lakin həmin ərazi Cahan Quliyevdən alındıqdan sonra başqa birinə verilib.

Sənədləri imza və möhürü ilə təsdiq edən Nərimankənd bələdiyyəsi isə deyilənlərlə razılaşmayıb.

Qeyd edək ki, 2007-ci ildən prezidentin müqafiq fərmanı ilə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar yalnız müsabiqə və hərracdan sonra icarəyə verilə bilər.

Biləsuvar rayonunda belə halların olduğu artıq dəfələrlə mediada işıqlandırılıb. Demək olar ki, bütün kənd bələdiyyələrində bu halların baş verdiyi bildirilir.

Biləsuvar Rayon İcra Hakimiyyəti isə məsələni araşdıracağını desə də, hələ ki problemlə bağlı heç bir açıqlama verilməyib.

Mənbə: arqument.az
Geri qayıt