Cəlilabadda SU üsyanı - Yerli məmurlardan narazı əhali icra hakimiyyətinə yürüşə hazırlaşır

Cəlilabadda SU üsyanı - Yerli məmurlardan narazı əhali icra hakimiyyətinə yürüşə hazırlaşır Bir neçə ay bundan öncə Cəlilabad Su-kanal idarəsinə rəis təyin olunan arzuolunmaz və yarıtmaz məmur obrazını özündə cəmləşdirən SƏRXOŞ SƏİDOVUN qanunsuz əməlləri Biləsuvar rayonundan başlayaraq bu gün də Cəlilabad rayonunda davam edir.

Sanki Cəlilabad Su-kanal idarəsinə Müaviyyə oğlu "YEZİD”rəhbərlik edir. Dəhşət odur ki,rayon sakinləri içməli suya həsrət qalıb. Verilən içməli su da sanitar qayda və normativlərə cavab vermir. Rayonun əksər kuçələrində hec bir evə su xətti belə yoxdur. Rayonda "Müəllimlər binasi”kimi taninan 4-5 binalar var ki,ora umumiyyətlə su verilmir.Əhali susuz yaşayır…

Rayon əhalisinə içməli suyun verilməməsinin bir səbəbi də Yezid ləqəbli Serxoş Səidovun biznesidir.Belə ki,bu tip əhaliyə verilən içməli suyu özəl şirkətlərə satır.Su ticarətilə məşğul olub oğurluq edən Serxoş Səidov əhali üçün lazim olan suyu parniklərə,fabrik və müəssisələrə satır.Xususilə suya təlabatın çox olduğu mövsumlərdə idarə rəisi böyük qazanc əldə edir. Beləliklə,Serxoş Seidov əhalinin suyunun satdiği fabrik və parniklərə su sayğacları quraşdırılmasını ləğv edib. Razilaşmaya görə hər ay müəssisə rəhbərləri rəsin "haqqı”nı verirlər.Beləliklə burda itirən əhali və dovlət olur.Qazanansa,qeyri-qanuni olaraq muesisələrə SUSATAN idarə rəisi "Yezid” ləqəbli Serxoş Səidovdur. Azərbaycan Respublikasının Cinayət məcəlləsinə gorə suyun qanunsuz istifadəsinə görə cinayət məsuliyyəti yaradır.Sudan qanunsuz istifadəyə görə 3 min AZN cərimə yaxud iki illik islah işləri nəzərdə tutulur.

Amma bütün bu qanunsuz hərəkətinə görə ona "gözün üstə qaşın var” deyən yoxdur.Özünün və xuliqan oğlu Xəyyamın iddia etdiyinə görə guya "AZƏRSU”nun prezidenti Qorxmaz Hüseynov bu idarə rəisinin arxasinda dayanır…

İXA.az verilən məlumata görə "AZƏRSU”ASC-nin vətəndaşlara verdiyi su sayğaclarını 100 manata satan idarə rəisi bəzi dayğacları hələ də evində saxlayır.Hansi abonent "YEZİD” ləqəbli Serxoş Səidova pul ödəyirsə,onun oğlu Xəyyam həmin abonentin evinə sayğac quraşdırır. İdarədən adının çəkilməsini istəməyən işçilərindən birinin verdiyi məlumata görə idarəyə əksər vaxtlar içkili,yəni sərxoş gəlib işçiləri təhqir etməkdən belə çəkinməyən SƏRXOŞ muellim yerli sakinləri bezdirib.Bu yarıtmaz idarə rəisininə isə əncam çəkən yoxdu.

Qeyd edək ki,gələn məlumatlarda, rayonda qoluzorlu məmurların əlindən bezən yerli sakinlərin yaxin günlərdə, məlum problemllə bağlı icra hakimiyyətinə yürüş edəcəkləri də deyilir.

İXA.az
Geri qayıt