Nazir Muxtar Babayev Masallı meşələrində xəzinə tapıb?

Nazir Muxtar Babayev Masallı meşələrində xəzinə tapıb? Hazırda Yardımlı, Cəlilabad və Masallı meşələrində əsl ekoloji terror, yaşıl soyqırım yaşanmaqdadır
AzToday.az-a istinadən xəbər veririk ki, Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi “xəzinə” tapıb. Belə ki, sözügedən meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar.

Redaksiyamıza təqdim olunan faktlardan məlum olur ki, Masallı rayon Meşə Təsərrüfatı Mərkəzi sözügedən meşə ərazisində çınqıl karxanası açıb və buraya yük maşınlarının hərəkəti üçün meşə ərazisindən yol çəkib.
Nazir Muxtar Babayev Masallı meşələrində xəzinə tapıb?

Geri qayıt