Biləsuvarda başçı torpaqları necə xırıd edibsə... - GİLEY

Biləsuvarda başçı torpaqları necə xırıd edibsə... - GİLEY Redaksiyamıza müraciət edən Biləsuvar rayon sakinləri iddia edirlər ki, rayonun icra başçısı Mahir Quliyev elə vəziyyət yaradıb ki, bu gün kəndli Biləsuvarda əkməyə torpaq tapa bilmir.

Sakinlər DİA.AZ-a yazır: "Mahir Quliyev Biləsuvarın torpaq sahələrini məmurlara satıb. Onların hər birinin yüz hektarlarla torpaq sahəsi olduğu halda sıravi biləsuvarlı qonşu rayonlardan icarəyə torpaq götürmək məcburiyyətində qalıb".

Sakinlər dia.az vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək bildirirlər ki, bu faktı dövlətin müvafiq qurumları araşdırmalıdır:

"Əgər araşdırılarsa, o zaman Mahir Quliyevin böyük yeyintisi və özbaşınalığı ifşa olunacaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..
Geri qayıt