Beyləqanda baş həkim və təhsil müdiri yola salınır

Beyləqanda baş həkim və təhsil müdiri yola salınır Asif Ağayevin Beylqan rayonuna icra başçısı təyin edilməsi bu rayonda bir sıra dəyişikliklərin hyata keçirilmsi ilə yadda qaldı. Söhbət Asif Ağayevin kadr dəyişikliyindən gedir.
Reportyot.tv-nin əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Asifa Ağayev Beyləqan rayonuna icra başçısı təyinatından bir qədər sonra müəyyən sahələrdə kadr dəyişikliyinə start verdi. İcra başçısının bu sahdə apardığı kadr islahatlarını sakinlər onun uğurlu islahatı kimi qiymətləndiriblər.

Məsələn, icra başçısının son müvafiq əmrinə əsasən Məmmədova Yeganə Kərəm qızı Beyləqan rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsinə təyin edilmişdir ki, bu da rayonda təqdirə layiq hal kimi qiymətlənirilir.

Bu təyinata qədər isə, icra başçısı Beyləqan rayonunda bir sira sahələri əhatə edən kadr dəyişikliyi edib.
Reportyor.tv-nin əldə etdiyi məlumatlarda isə bildirilir ki,icra başçısı bu kimi kadr dəyişikliklərini davam etdirir.
Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, bu yaxınlarda Asif Ağayev Beyləqan Xəstəxanasının baş həkimi Əli Məmmədovu və Təhsil şöbəsinin müdiri Tahir Həsənov da yola salacaq.
Bildirilir ki, həm baş həkim, hm də təhsil müdiri vəzifələrini itirməmək üçün icra başçısına müxtəlif dairələrdəki vəzifəli şəxslər vasitəsi ilə təzyiqlər etdirirlər. Hətta vəzifədə qalmaq üçün icra başçısına rüşvət verməyi belə düşünürlər.
Geri qayıt