Masallının Boradigah qəsəbəsinin 3000 sakini Çernobıl əlilidir?

Masallının Boradigah qəsəbəsinin 3000 sakini Çernobıl əlilidir? Bildiyiniz kimi 1986-cı il aprelin 26-da SSRİ-də, Çernobıl Atom Elektrik Stansiyasında tarixin ən dəhşətli qəzalarından biri baş verib. 8 min nəfərdən çox azərbaycanlı stansiyanın dördüncü blokunda baş verən qəzanın aradan qaldırılması işlərinə cəlb edilib. Qəzanın aradan qaldırılması zamanı şüalanmaya məruz qalmış 3000-nə yaxın azərbaycanlı vəfat edib. Sağ alan Çernobıl əlillərinin sayı isə 5 il əvvələcən 5100 nəfərdən çox olub. Qəzanın baş verməsindən 33 il keçməsinə başmayaraq Azərbaycanda "Çernobıl əlili" vəsiqəsi alan insanların sayı qəribə də olsa azalmır.Belə ki,mətbuatda rez-tez saxta yollarla əlillik dərəcəsi alınması barədə yazılara rast gəlmək olar.

Saytımıza mövzu ilə bağlı maraqlı məlumat daxil olub.Daxil olan məlumatda deyilir ki , Masallı rayonunun Boradigah qəsəbəsinin 3000(üc min)sakini Çernobıl əlilidir. Maraqlidir ki, Azərbaycanda ümumən 5000 Çernobıl əlill olduğu halda 10 min əhalisi olan bir qəsəbənin necə 3000 Çernobıl əlill ola bilər?! Bu çox böyük şübhə doğurur. Belə çıxır ki,onların sayı ildən-ilə artır.Halbuki bu mümkün deyil. Məsələn,redaksiyaya daxil olan məlumatda aşağıda adları çəkilən şəxslərin də Çernobıl əlili vəsiqəsi aldığı bildirlir: 1.Yusifov Sübhi 2.Musayev Malik Mirzə oglu 3.Hacıyev Təzahir Əlipaşa oglu 4.Faiq Mirzəyev 5.Məmmədov Müzəffər.
Biz elektron poçtumuz vasitəsilə Boradigah qəsəbəsinin 3000(üc min)sakininin necə Çernobıl əlili ola bilməsi haqda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə sorgu da göndərmişik.Amma təəəsüf ki,sorğunu 20 gündən çox göndərməyimizə baxmayaraq indiyəcən bizə heç bir cavab gəlməyib. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Məlumatın nə dərəcədə dogru oldugunu bilmək ücün araşdırmamız davam edir.

Legion .az
Geri qayıt