"Xaş–xaş 2019” əməliyyatı - 593 kq narkotik bitki məhv edildi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.