Goranboy sakinindən Ədliyyə nazirinə açıq məktub: - “Kəmələddin Həsənov öz vəzifə səlahiyyətlərdn sui istifadə edir”

Goranboy sakinindən Ədliyyə nazirinə açıq məktub: - “Kəmələddin Həsənov öz vəzifə səlahiyyətlərdn sui istifadə edir” Bu barədə saytımıza Goranboy rayon Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu müraciət edərək bildirib. Ədliyyə nazirinə ünvanlanan müraciəti təqdim edirik:


Azərbaycan Respublikası məhkəmə hüquqşurasının sədri

ƏDLİYYƏ Naziri Fikrət MƏMMƏDOV cənablarına

Goranboy rayon Qızılhacılı qəsəbə sakini

Həsənov Əli Əbülfət oğlu tərəfindən


ŞİKAYƏT

Yazıb sizə bildirmək istiyirəm ki, 25 ildir istifadəmdə olan və 7 baş ailənin dolandığı torpaq sahəsinin bir qurup məmur və onların qanunsuz əməllərinə öz vəzifə səlahətlərindən məhkirli qaydada yararlanaraq dəstək verən Gəncə regional Ədliyyə idarəsinin rəisi Həsənov Kəmaləddin tərəfindən qanunsuz olaraq alınaraq dostu olan Goranboy Rayon Qızılhacılı Bələdiyyəsinin sədri Məzahir Allahverdiyevin çobanının adına sənədlişdirməyə çalışılır. Kəmələddin Həsənov öz vəzifə səlahiyyətlərini aşaraq törətdiyi qanunsuzluqlar açıq surətdə goz qabağında olduğu və Gəncə Apeliyasiya Məhkəməsində tərəf kimi iştirak etməkdənsə Məhkəmə Hakimini özünün və bu qanusuzluq rekordları qıran "məmur sürürsünün" sözcüsünə çevirmişdir. Beləki iddia Ərizəmdə cavabdeh kimi Bərdə Hərrac komisiyasını, Goranboy rayon Qızılhacılı Bələdiyyəsini tərəf kimi, 11saylı Bərdə reystr xidmətini, Goranboy Rayon xüsusi Notariat kontorunu, Gəncə Regional Ədliyyə idarəsini göstərsəmdə onların 3 aydan artıqdır davam edən məhkəmə prosesinə gəlməməsinə göz yuman Gəncə Apeliyasiya məhkəməsinin hakimi Ədil Məmmədov hakimlikdən çox onların vəkilliyini etmələ məşğuldur. Görünür Ədil Məmmədov tək qapılıq Futbol meydançasında futbol oynamağı çox sevdiyinə görə məhkəmə prosesesini qanun vericiliyin tələbləri və mövzuata uyğun deyil,vəzifə sahibi olan rüşvətxor məmurların hamisi Kəmaləddin Həsənovun senarisi ilə idarə edir. Əlimdə olub məhkəməyə təqdim etdiyim faktları araşdırmaqdansa onların qanunsuzluqlarına qanuni don geyindirməyə çalışır.

Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin sədri M.Allahverdiyevin şəxsimdən sənin sənədlərini düzəldəcəm adı ilə aldığı Beş min(5000) AZN pulu istintaq orqanlarında sənədləri düzəltmək üçün dövlət rüsumu kimi göstərdiyini sənədlərdə bildirsədə hansı sehirli əlin sənədi onun çobanı olan Əsgərov Ehtiram Akif oğlunun adına keçirilməsini araşdırmır.

Goranboy rayon xüsusi Notariat kontorunun rəisi Xəqani Aslanovun 28.02.2018 il tarixinə bələdiyyə şurasının qərarı ilə, 17.02.2018 il tarixinda alqı satqı əməliyyatını və yüklülük haqqında Azərbaycan Respublikasının qanununu pozaraq sənədləşmə işlərini necə və hansı yolla ararmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Bərdə dövlət reystr xidmətinin rəisi Ehtiram Səmədov ƏMDK nın 08.06.2015 ci il 03 Kollegiya qərarı ilə təsdiqlənmiş mövzuatla deyil yüklülük haqqında qanunu 25.4 maddasini heçə sayaraq onların bank hesabına ödədiyim 2149 azni görməzdən gəlib kefi kök halda hər necə olsa məmur məmurun dostudu onsuzda şox etmişik, işi yola verəcəklər məhkəməyədə getməyək hər necə olursa olsun Kəmaləddin Həsənov bizi vəsiyyətdən çıxaracaq prinsipi ilə harəkətlərinə.

Gəncə Regional Ədliyyə idarəsindən şəxsimin ərizəsi əsasında Qızılhacılı Bələdiyyə şurasının 2016 cıilin avqust ayında icarə müqaviləsinin uzadılması haqqında Bələdiyyə şurasının qərarı və Kəmaləddin Həsənovun ona yazdığı müsbət rəyin məhkəmə üçün tələb edilməsi məgər məhkəmənin imkanı və səlahiyyəti daxilində deyilmi.

İstinad etmək istədikləri Goranboy rayon məhkəməsinin 11.01.2018 qiyabi qətnaməsi öz hüquqi qüvvəsini almadan ləğv edilmiş, işə mahiyyəti üzrə yenidən əsasdan baxılmış Bələdiyyənin şəxsimə qarşı haqsız iddiası rədd edilmiş.lakin. bütün bunlara məhəl qoymaq istəməyən Gəncə Apelyasiya məhkəməsinin hakimi Ədil Məmmədov Azərbaycan Respublikasının Konustusiyasının 149.7.3 maddəsi ilə deyil 2019 cu ildə məhkəmə qərarı ilə 2018 ci ildə qanunsuz verilmiş saxta səndlərə bünövrə qoymaq dərdindədir

Hörmətli Kollegiya sədri və Kolegiya üzvləri ümüdvaram ki,bu yazdıqlarımı öz nəzarətinizə götürüb və bu qanunsuzluq çarxını dayandırıb işi öz qanuni məcrasında getməsi üçün köməklik göstırmənizi sizdən haqqı hüququ pozulmuş və Vətəninə Prezedentinə Ulu öndərin siyasi kursuna sadiq olmuş və bu yolda canından hər an keçmyə hazır olan biri kimi sizlərdən xahiş edirəm.


Vətənin sadiq əsgəri

Həsənov Əli Əbülfət oğlu

050 6318981
İCMAL.az
Geri qayıt