Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər Qubanın B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

DİN Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib.

Səhhəti imkan verən polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını bir daha nümayiş etdiriblər. Keçirilən xeyriyyəçilik tədbiri aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Geri qayıt