Cəlilabad Komissarının Keçmişi: “ALMA” Restoranında Badə Qaldıran Rəis, Arzu Rəhimov Haqqında Nələri Deyib?

Cəlilabad Komissarının Keçmişi: “ALMA” Restoranında Badə Qaldıran Rəis, Arzu Rəhimov Haqqında Nələri Deyib? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdirəlayiq işlərini qeyd etməmək sözün həqiqi mənasında haqsızlıq olar. Gənclərimizə vətənpərvərlik mövzülarından kifayət qədər faktlar və dəlillər haqqında məlumat verən qurum bu gündə öz işini ləyaqətlə yerinə yetirir.

Əlbətdə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun xidmətləri olduqca danılmazdır. Lakin təəsüflər olsun ki, bəzi rayon şöbə rəisləri göstərilən etimadı doğrultmaq əvəzinə şəxsi maraqları üçün xidmət etməkdən belə çəkinmirlər. Belə şöbə rəislərdən biri məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyevdir.

Bu şəxs haqqında kifayət qədər məlumatlara malik olduğunu sübütlarla ixtiyarınıza veririk. Əvvəla, adı hallanan Nizami Nəbiyev bir zamanlar şöbə rəisi postundan böyük nöqsanlarla uzaqlaşdırıldı. Bütün bunlar birbaşa cənab general Arzu Rəhimovun nəzarətində olduğunu qeyd etmək istəyirik. Heç bir xidməti olmayan N. Nəbiyev işlədiyi dövürdə gənclərimizi hərbi xidmətdən yayındırmaq üçün xüsusi planları ilə çalışırmış.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qovulandan sonra bir müddət işsiz qalır. Qisas hissi ilə alışıb-yanan N. Nəbiyev jurnalistlərin toplaşdığı “ALMA” restoranına təşrif büyürür. Məclislərin birində badə qaldıran N. Nəbiyevin sözlərindən belə görünür ki, tək amalı Arzu Rəhimovu devirmək olur. Bütün bunlar hər birimizin gözü qarşısında baş verən hadisələrdir. Xidmət rəisinin hümanistliyi və eyni zamanda vətənpərvərliyi ölkə başçısı tərəfindən yüksək qiymətləndirlimişdir. Öz dünya görüşü ilə seçilən cənab general Arzu Rəhimov bütün haqsızlıqlara göz yumaraq N. Nəbiyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yenidən dəvət edir.

Devirmək arzusu ürəyində qalan N. Nəbiyev nəhayət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi təyin edilir. Təyin olunan gündən güya, şöbənin daxilində və ərazisində təmizlik işləri aparan rəis, ticarətçilərin dediyi kimi “siftəni” də etməyi unutmayıb. Ağız dolusu ilə “cənab general” deyən Nizami Nəbiyevin gələcək və keçmişi haqda bəzi məqamlara aydınlıq gətirdik. Növbəti yazılarımızda yeni rəisin kimlərdən nə qədər rüşvət aldığı haqda məlumatlar dərc edəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

dosye.org
Geri qayıt