"Belə növbələrdə əsəblər tarıma çəkilir..." - GİLEY

"Belə növbələrdə əsəblər tarıma çəkilir..." - GİLEY Şəki şəhəri, ətraf rayon və kəndlərdə əhalinin qarşılaşdığı əsas problemlərdən biri də bonkamatların az olmasıdır.

DİA.AZ-a daxil olan şikayətdə bildirilir ki, bu hal xüsusiylə maaş və pensiyaların verilməsi zamanı daha qabarıq şəkildə biruzə verməkdədir.

Narzı şəkililərin sözlərinə görə, əhali bonkamatların qarşısında saatlarla növbə gözləməli olur:

"Belə növbələrdə əsəblər tarıma çəkilir, hətta bəzi hallarda halı pisləşənlər də olur. Sakinlər bankomatların sayının artırılmasını tələb etsələr də hələlik bu məsələ öz həllini tapmayıb".
Geri qayıt