Şəkinin icra başçısı silisə çəkilir... - 240 min manatlıq yeyinti...
Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun durumu gərgindir. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, Hesablama Palatası və Maliyyə Nazirliyinin ekspertləri tərəfindən Şəki RİH-də həyata keçirilən yoxlamalar nəticəsində ortaya çox ciddi yeyinti faktları çıxıb.
Mənbənin dia.az-a söylədikləri: "Burada söhbət təxminən 240 min manatlıq büdcə yeyintisindən gedir. Başçı hələlik "yuxarılara" tutarlı izahatverə bilməyib. Gərginlik qalır və bu məsələ Elxan Usubova təkcə vəzifəsi deyil, həm də hüquq-mühafizə orqanlarının hədəfinə çevrilməsi hesabına da başa gələ bilər".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıtXəbəri verən qaynaq iddia edir ki, Hesablama Palatası və Maliyyə Nazirliyinin ekspertləri tərəfindən Şəki RİH-də həyata keçirilən yoxlamalar nəticəsində ortaya çox ciddi yeyinti faktları çıxıb.