Şamaxıda “zəlzələ korrupsiyası”nın xarabalıqları altında qalanlar - İTTİHAM
Bu ilin fevral ayında İsmayıllı rayonunda baş verən güclü zəlzələ Şamaxıda da ciddi fəsadlar törətdi. Zəlzələ dağıntılarsız ötüşmədi-çoxsaylı yaşayış evlərinə ziyan dəydi. Təsadüfi deyil ki,zəlzələdən dərhal sonra dövlət başçısı cənab İlham Əliyev rayona səfər etdi,baş verənlərlə yerindəcə tanış olaraq müvafiq göstərişlər verdi. Prezident ziyan dəymiş evlərin dərhal təmir edilməsinə,yenidən inşa olunmasına göstəriş verdi və qısa zaman kəsiyində görülən işlərlə tanış olmaq üçün yenidən rayona səfər etdi. Göründüyü kimi baş verən zəlzələdən sonra dövlət başçısı bir daha əməli surətdə sübut etdi ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı,onun təhlükəsizliyi və rifahı dayanır. Lakin, atalar demişkən “şər işim olsun,içindən xeyrim çıxsın” düşüncəsiylə yaşayanlar üçün zəlzələ də bir fürsətə çevrilib. Bu barədə Rubrika.az saytına olduqca ilginc məlumatlar daxil olub.
Verilən xəbərlərə görə, prezidentin göstərişlərini şəxsi maraqları çərçivəsində icra edən məmurlar zəlzələdən əməlli-başlı qazanmaq istəyindədirlər və bunu reallaşdırırlar. Zəlzələnin fəsadlarının aradan qaldırılmasını gəlirli biznes sahəsinə çevirənlər rayonda kütləvi narazılıq formalaşdırırlar. Rubrika.Az saytına daxil olan məlumata görə, 18 may 2019-cu il tarixdə Şamaxı rayon İcra hakimiyyəti başçısının iş otağında təxminən saat 12 radələrində FHN-nin birinci müavini Orucəli Hacıyevin iştirakı ilə keçirilən toplantıda belə kütləvi şikayətlərlə bağlı iradlarını bildirib. Baxmayaraq ki,rayonun icra başçısı dəfələrlə aidiyyatlı şəxslərə (onların kimliyi və yerli icra nümayəndələri ilə birləşərək böyük korrupsiya əməllərinə getməsi ilə bağlı sizə məlumat verəcəyik) xəbərdarlıq edib, lazım olarsa işin məhkəmə və hüquq-mühafizə orqanlarının predmeti olacağını bildirib, amma heç nə dəyişməyib. Zəlzələdən sonrakı korrupsiya zəlzələsi hələ də davam etməkdədir.
İndi isə keçək əsas mətləbə. Rubrika.az saytına daxil olan məlumata görə Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədri, şamaxılıları zinhara gətirmiş Adil adlı şəxs zəlzələnin fəsadlarının aradan qaldırılması əvəzinə bu sahəni gəlirli biznesə çevirib. Prezident ziyan dəymiş hər bir evin diqqətlə araşdırılması, vətəndaşların problemlərinin sonuna qədər araşdırılması barəsində göstərişlər versə də Adil ayrıseçkilik edir, şəxsi maraqları çərçivəsindən hərəkət edir. Aldığımız məlumatlara görə, məhz onun “süzgəcindən” keçən” şəxslərin evləri təmir olunur və yaxud yenidən tikilir. Halbuki rayonda zəlzələdən sonra qəzalı vəziyyətə düşən, təhlükəli durumda olan çoxsaylı evlər nədənsə onun siyahısına düşmür. Halbuki təmir olunan, yenidən tikilən evlər içərisində ciddi fəsadlar toxunmayan onlarla ev vardır ki, bilavasitə Adilin “qayğısı” və "xeyr-duası" nəticəsində inşa olunur.
Rubrika.az saytına verilən məlumata görə, FHK sədrinin belə fəaliyyəti artıq kütləvi narazılıq formalaşdırır. Demək olar ki,hər gün yüzlərlə evi qəzalı vəziyyətdə olan rayon sakini icra hakimiyyətinə şikayətə axışır və komissiyanın araşdırmalarının qərəzli olmasını bildirir. Onlar evlərinin uçmaq təhlükəsi qarşısında olmasına baxmayaraq heç bir tədbir görülmədiyini,əvəzində FHK-nın sədrinin “məsləhət” bildiyi evlərin təmir olunduğunu söyləyirlər. Cənab prezidentin göstərişlərini qazanc mənbəyinə çevirən belə məmurlar aparılan böyük işlərə kölgə salmaqla bərabər yerlərdə etiraz dalğası formalaşdırırlar. Görəsən təmsil olunduğu hakimiyyət komandasına bundan böyük xəyanət ola bilərmi? Çox hörmətli FHN naziri K.Heydərovun səhhətində yaranmış narahatçılıqlardan sui-istifadə edənlər niyə ona xəyanət edir? Cənab Prezidentin göstərişlərini,özü də belə həssas məqamlarda qazanc mənbəyinə çevirənlər bundan dövlətin nələr itirdiyinin fərqindədirlərmi? Hər halda Şamaxıdakı korrupsiya zəlzələsinin xarabalıqları altında qalanların sayı deyəsən daha çox olacaq!
Geri qayıtVerilən xəbərlərə görə, prezidentin göstərişlərini şəxsi maraqları çərçivəsində icra edən məmurlar zəlzələdən əməlli-başlı qazanmaq istəyindədirlər və bunu reallaşdırırlar. Zəlzələnin fəsadlarının aradan qaldırılmasını gəlirli biznes sahəsinə çevirənlər rayonda kütləvi narazılıq formalaşdırırlar. Rubrika.Az saytına daxil olan məlumata görə, 18 may 2019-cu il tarixdə Şamaxı rayon İcra hakimiyyəti başçısının iş otağında təxminən saat 12 radələrində FHN-nin birinci müavini Orucəli Hacıyevin iştirakı ilə keçirilən toplantıda belə kütləvi şikayətlərlə bağlı iradlarını bildirib. Baxmayaraq ki,rayonun icra başçısı dəfələrlə aidiyyatlı şəxslərə (onların kimliyi və yerli icra nümayəndələri ilə birləşərək böyük korrupsiya əməllərinə getməsi ilə bağlı sizə məlumat verəcəyik) xəbərdarlıq edib, lazım olarsa işin məhkəmə və hüquq-mühafizə orqanlarının predmeti olacağını bildirib, amma heç nə dəyişməyib. Zəlzələdən sonrakı korrupsiya zəlzələsi hələ də davam etməkdədir.