Beyləqanın icra başçısı yola getmədiyi müavini ilə yollarını ayırdı...

PİA.az xəbər verir ki, Beyləqan İcra Hakimiyyətində bu gün kadr dəyişikliyi baş verib. Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, son zamanlar icra başçısı ilə müavini arasında gərginlik yaşandığı bildirilirdi.