Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala-VİDEO

Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala-VİDEO Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsində rəsmi olaraq 160 nəfər çalışsa da, Kommunal idarədə cəmi cəmi 15 nəfər işçi çalışır.

Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsində rəsmi olaraq 160 nəfər çalışsa da, Kommunal idarədə cəmi cəmi 15 nəfər işçi çalışır.

Neftçala şəhəri və rayonun ən böyük qəsəbəsi olan Bankə qəsəbəsi xarabaşəhərə dönüb. Şəhər və Bankə qəsəbəsi tamamilə antisanitar vəziyyətin hökmsürdüyü xaraba şəhərə bənzəyir. Ancaq şəhərin mərkəzində qismən abadlıq müşahidə olunsa da, arxa küçələrdə vəziyyət ifadəolunmaz şəkildə bərbad vəziyyətdədir. Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev ayralan vəsaitləri icra başçısı ilə şərikli şəkildə mənimsəyir. Hətta Firudin Nağıyev onlarla vətəndaşın adnı kağız üzərində işə yazaraq onların maaşlarını mənimsəyir.

Neftçala rayonunun Bankə qəsəbəsindən daxil olan videomüraciətə baxdıqda burdakı acınacaqlı vəziyyət özü-özünə aydın olur. Qeyd edək ki, sakinlərin haqqlı narazılığına baxmayaraq qəsəbədəki antisanitar vəziyyət aradan qaldırılmır. Buna baxmayaraq Neftçala rayon Bankə qəsəbəsinin kommunal idarəsinin müdurəsi Gülmayə Əsədullayeva Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevlə əlbir olub vətəndaşların adlarını kağız üzərində işə yazıb pulları dövlət büdcəsini talan edirlər.

Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala-VİDEO

Qeyd edək ki, Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsində rəsmi olaraq 160 nəfər çalışsa da, Kommunal idarədə cəmi cəmi 15 nəfər işçi çalışır. Həmin 15 nəfərdə vaxtlı vaxtında maaşlarını ala bilmirlər. Belə ki, son iki ayda Firudin Nağıyev fəhlələrə cəmi 20 manat maaş verib. Bunu fəhlələrin özləri iddia edirlər. ancaq hər ayın başında Firudin Nağıyev 135 nəfərin maaşını rahatca mənimsəyir. Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin işçisi Bankə qəsəbəsinin kommunal idarəsinin müdirəsir G.Əsədullayevanın özbaşınalığı bununla kifayətlənmir.

Saytımıza şikayətçi düşən şikayətçilər bildirirlər ki, Gülmayə Əsədullayeva hətta Neftçala Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri ilə əlbir olub Neftçala rayon sakinləri üçün sosial yardım düzəldir və 4 ayın pulunu qabaqcadan alır. Gülmayə Əsədullayevanın özbaşınalıqları isə saymaqla bitmir. Onlardan biri də Neftçala rayon Bankə qəsəbəsinin sakinlərindən su pulunu yığıb çek verməməsidir. Ondan çek tələb edən zaman isə bildirir ki, çek Firudin müəllimin tapşırığı əsasən verilmir. Çünki Firudin Nacıyev ona tapşırıb ki, heç kimə çek təqdim etməsin. Xanım müdirə açıq şəkildə onu da dyeir ki, narazılıq edən getsin dərdini hara istəyir desin. Rayon sakinləri iddia edirlər ki,diplomu saxta olan bu xanımın qanunsuz işlərlədən biri də Neftçala rayon Bankə qəsəbəsində yerləşən qanunsuz evləri satmasıdır.

Xatırladaq ki,bir müddət əvvəl Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev içkili vəziyyətdə idarə etdiyi 50 CD 060 dövlət nömrə nişanlı “Land Lover” markalı avtomobilini idarə edərkən rayonun Heydər Əliyev Mərkəzinin qarşısında inək vuraraq qəza törətmişdi. Həmin qəza barədə isə mətbuatda məlumatlar yayımlanmışdı. Nia.az saytının verdiyi məlumatda göstərilirdi ki, Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Firudin Nağıyev polis əməkdaşlarına qarşı kobud davranıb:

“Siz kimi saxlamısınız bilmirsiz? Mən Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əliyəm. Mənə kim nə edə bilər, içmişəm əcəb eləmişəm”, deyə reaksiya verib.

Firudin Nağıyev polislər tərəfindən Neftçala rayon polis bölməsinə aparılmasına baxmayaraq, İsmayıl Vəliyevin təzyiqindən sonra dərhal sərbəst buraxılıb.

Firudin Nağıyevin içkili şəkildə qəza törətdiyi maşının şəkilini təqdim edirik:

Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala-VİDEO












Xatırlatmaq istəyirik ki, bir müddət əvvəl bir qrup Neftçala rayon sakini Firudin Nağıyev barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubova, Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət edib. Müraciətdə sakinlər Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin qanunsuz əməllərindən, həmçinin qanunsuz gəlir əldə etmək məqsədi ilə bələdiyyəyə məxsus torpaqlarda dövlətin təbii sərvətini öz biznesi kimi istifadə etməsindən şikayətlənmişdilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt